Şema Terapiya ilə Film Analizi: Good Will Hunting

Psixoterapevtik düşüncə tərzi yalnız terapiya otağında formalaşmır. Klinik düşünmə bacarığı bəzən bir kitabın səhifələrində, bəzən isə filmlərin səhnələrində gizlənən psixoloji detalları görmək və anlamaqla inkişaf edir.

Personajların davranışlarını, emosiyalarını və münasibətlərini elmi yanaşmalar əsasında təhlil etmək klinik müşahidə, klinik formulasiya və terapevtik düşünmə bacarıqlarını gücləndirir.

Böyük Britaniya məzunu, beynəlxalq Şema Terapiya sertifikatına sahib psixoterapevt Nərmin Quliyeva ilə birlikdə bu workshopda Good Will Hunting filmini Şema Terapiya perspektivindən təhlil edəcəyik. Filmin personajlarının daxili dünyasına nəzər salaraq erkən yaşantıların, əsas inancların və mübarizə mexanizmlərinin insanın davranışlarına və münasibətlərinə necə təsir etdiyini araşdıracağıq.

Workshop zamanı birlikdə araşdıracağıq:

• Will-in erkən uyğunsuz şemalarını və onların formalaşmasına təsir edən amilləri

• Sağlam və qeyri-sağlam mübarizə mexanizmlərini

• Münasibət dinamikalarını və bağlanma nümunələrini

• Emosiyaların funksiyasını və davranışlara təsirini

• İnsanın özünə, digər insanlara və dünyaya dair müsbət və mənfi əsas inanclarını

• Terapevt Sean-ın istifadə etdiyi müdaxilələri və terapevtik dəyişikliyi mümkün edən məqamları klinik formulasiya baxımından

Film: Good Will Hunting (1997)

Tarix: 9 avqust, bazar günü

Saat: 17:00

Kimlər üçün?

Psixoloqlar, psixologiya tələbələri, psixoterapevtlər və Şema Terapiya ilə maraqlanan hər kəs üçün.

Qiymət40 AZN
Məzmun4 əsas istiqamət
Bu kateqoriyaya qayıt
Şema Terapiya ilə Film Analizi: Good Will Hunting
Fərdi təlimlər

Təlimdən nə əldə edəcəksiniz?

  • Klinik müşahidə və formulasiya bacarıqlarını inkişaf etdirmək
  • Erkən uyğunsuz şemaları tanımaq
  • Şema Terapiya biliklərini praktik nümunələrlə möhkəmləndirmək
  • Terapevtik müdaxilələri analiz etmək

Təlimin ritmini əvvəlcədən hiss edin.

Video önizləmə təlimin yanaşmasını, tonunu və məzmun axınını daha rahat qiymətləndirməyə kömək edir.

Bu təlim sizə nələri qazandıracaq?

Klinik müşahidə və formulasiya bacarıqlarını inkişaf etdirmək

Erkən uyğunsuz şemaları tanımaq

Şema Terapiya biliklərini praktik nümunələrlə möhkəmləndirmək

Terapevtik müdaxilələri analiz etmək

Bizə müraciət edinŞema Terapiya ilə Film Analizi: Good Will Hunting | Mayak Kliniki Psixologiya Mərkəzi