Təlimlər

Fərdi təlimlər

Şəxsi inkişaf, özünü dərketmə və gündəlik psixoloji rifah üçün təlimlər.

Münasibətimizi yenidən kəşf edək
Fərdi təlimlər

Münasibətimizi yenidən kəşf edək

Səhər yeməyi süfrəsi ətrafında münasibətinizə yeni gözlə baxın Bəzən münasibətdə hər şey qaydasında görünür, amma bir-birimizi həqiqətən nə qədər eşitdiyimizi düşünmürük. Gündəlik həyatın, rutinlərin və həll olunmamış kiçik incikliklərin arasında yaxınlıq hissi də zamanla arxa plana keçə bilər. Bu görüşdə bir qədər dayanıb münasibətinizə kənardan baxacaq, bir-birinizi daha dərindən anlamağa və aranızdakı emosional bağı yenidən kəşf etməyə çalışacağıq. “The Story of Us” filmindən seçilmiş səhnələr vasitəsilə münasibətlərdə gündəlik həyatda qarşılaşdığımız real vəziyyətləri psixoloji baxımdan birlikdə təhlil edəcəyik. Birlikdə kəşf edəcəyik · Münasibətdə güvəni necə möhkəmləndirmək olar · Bir-birimizi incitmədən necə danışa bilərik · Emosional ehtiyaclarımızı necə ifadə edək · Sağlam sərhədləri necə quraq · Münaqişələri uzaqlaşmadan, yaxınlaşaraq necə həll edək · Münasibətimizdə istiliyi və yaxınlığı necə yenidən canlandıraq Görüşün formatı Film analizi — münasibətlərə fərqli prizmadan baxış Psixoloji müzakirə — real münasibət situasiyalarının birlikdə təhlili Praktik çalışmalar — öyrəndiklərinizi münasibətinizdə tətbiq etmək üçün Səhər yeməyi — səmimi və rahat atmosferdə ünsiyyət Bu, sadəcə film izləyəcəyiniz bir səhər deyil. Öz münasibətiniz haqqında düşünmək, bir-birinizi yenidən kəşf etmək və bəlkə də uzun zamandır danışmadığınız bəzi mövzulara yeni tərəfdən baxmaq üçün bir fürsətdir. Görüş haqqında Tarix: 10 oktyabr Saat: 11:00 Məkan: Başkent, Ağ Şəhər

Asılılığın Neyroelmi Təlimi
Fərdi təlimlər

Asılılığın Neyroelmi Təlimi

İtaliyanın Pavia Universitetində Neyroelm və Klinik Psixologiya üzrə magistr təhsili almış klinik psixoloq Aynur Həsənzadə asılılığın beyində yaratdığı dəyişiklikləri və bu proseslərin davranışa necə təsir etdiyini izah edəcək. İlk 10 nəfər üçün qeydiyyat Tarix: 19 sentyabr Saat: 13:00

DBT əsaslı Emosional Tənzimləmə Bacarıqları
Fərdi təlimlər

DBT əsaslı Emosional Tənzimləmə Bacarıqları

Təlimçi: Klinik Psixoloq, İngiltərənin Arden Universitetinin müəllimi Nilufər Akif Tarix: 6 sentyabr Məkan: Mayak Kliniki Psixologiya Mərkəzi TƏLİMDƏ NƏ ÖYRƏNƏCƏKSİNİZ? Duyğuların yaranma mexanizmi və neyroelmi izahı Duyğuların beyində necə formalaşdığını və emosiyaların insan həyatındakı adaptiv funksiyasını anlamaq. Duyğuları ifadə etmək, emosional yetkinlik və emosional zəka Duyğuları sağlam şəkildə ifadə etməyin yollarını, emosional yetkinlik anlayışını, emosional zəka və özünüdərk (mindfulness) arasındakı fərqləri və əlaqəni öyrənmək. Emosional həssaslıq və tətikləyicilərin idarə edilməsi Emosional həssaslığın nə olduğunu, hansı hallarda daha çox müşahidə edildiyini, yaranma səbəblərini və tətikləyicilərlə bağlı effektiv tənzimləmə strategiyalarını öyrənmək. Neqativ, təkrarlanan emosional reaksiyaların dəyişdirilməsi Avtomatik və təkrarlanan neqativ emosional reaksiyaları tanımaq, onları daha adaptiv düşüncə və davranış modelləri ilə əvəzləmək üçün praktik DBT bacarıqlarını tətbiq etmək.

Şema Terapiya ilə Film Analizi: Good Will Hunting
Fərdi təlimlər

Şema Terapiya ilə Film Analizi: Good Will Hunting

Psixoterapevtik düşüncə tərzi yalnız terapiya otağında formalaşmır. Klinik düşünmə bacarığı bəzən bir kitabın səhifələrində, bəzən isə filmlərin səhnələrində gizlənən psixoloji detalları görmək və anlamaqla inkişaf edir. Personajların davranışlarını, emosiyalarını və münasibətlərini elmi yanaşmalar əsasında təhlil etmək klinik müşahidə, klinik formulasiya və terapevtik düşünmə bacarıqlarını gücləndirir. Böyük Britaniya məzunu, beynəlxalq Şema Terapiya sertifikatına sahib psixoterapevt Nərmin Quliyeva ilə birlikdə bu workshopda Good Will Hunting filmini Şema Terapiya perspektivindən təhlil edəcəyik. Filmin personajlarının daxili dünyasına nəzər salaraq erkən yaşantıların, əsas inancların və mübarizə mexanizmlərinin insanın davranışlarına və münasibətlərinə necə təsir etdiyini araşdıracağıq. Workshop zamanı birlikdə araşdıracağıq: • Will-in erkən uyğunsuz şemalarını və onların formalaşmasına təsir edən amilləri • Sağlam və qeyri-sağlam mübarizə mexanizmlərini • Münasibət dinamikalarını və bağlanma nümunələrini • Emosiyaların funksiyasını və davranışlara təsirini • İnsanın özünə, digər insanlara və dünyaya dair müsbət və mənfi əsas inanclarını • Terapevt Sean-ın istifadə etdiyi müdaxilələri və terapevtik dəyişikliyi mümkün edən məqamları klinik formulasiya baxımından Film: Good Will Hunting (1997) Tarix: 9 avqust, bazar günü Saat: 17:00 Kimlər üçün? Psixoloqlar, psixologiya tələbələri, psixoterapevtlər və Şema Terapiya ilə maraqlanan hər kəs üçün.

Bizə müraciət edinTəlimlər | Mayak Kliniki Psixologiya Mərkəzi