Psixoloji məqalələr
Psixologiyanı doğru və etibarlı mənbədən öyrənin.
Psixologiya və psixoterapiya mövzularını mütəxəssislərimizin elmi əsaslı yazıları ilə sadə və anlaşılan şəkildə kəşf edin.

Uşaqlarda və Yeniyetmələrdə Obsesiv-Kompulsiv Pozuntu: Valideynlər və Müəllimlər Nələri Bilməlidirlər?
Obsesiv-Kompulsiv Pozuntu (OKP) uşaqlıq və yeniyetməlik dövründə ən çox rast gəlinən psixi sağlamlıq problemlərindən biridir. Bir çox valideyn və müəllim təkrarlanan davranışları sadəcə xarakter xüsusiyyəti və ya vərdiş kimi qiymətləndirsə də, bəzi hallarda bu davranışlar daha ciddi psixoloji çətinliyin göstəricisi ola bilər.

Gecələr Beynimiz Niyə "Susmur"?
Hər şey mükəmməl gedirdi: yatağınıza uzandınız, işığı söndürdünüz və rahat bir yuxuya hazırlaşırsınız. Amma tam o anda beyninizdə bir səs qışqırmağa başlayır: “5 il əvvəl o məclisdə dediyim o söz bəs nə idi?”, “Sabahkı iclasda uğursuz olsam nə edəcəm?”, “Həyatımı düzgün idarə edə bilirəmmi?” Və s.

Daxilimizdəki görünməyən müharibələr
Dəyişmək istədiyimiz halda dəyişə bilmədiyimiz anlar demək olar ki, hər kəsə tanışdır. Bir tərəfimiz yeni addımlar atmaq, fərqli davranmaq və həyatımızı dəyişdirmək istəyərkən, başqa bir tərəfimiz geri çəkilir, tərəddüd edir və ya müqavimət göstərir. Belə vəziyyətlərdə insanlar çox zaman bu daxili ziddiyyəti iradə zəifliyi kimi şərh edirlər. Özlərini motivasiyasız, qərarsız və ya hətta özlərinə mane olan biri kimi görməyə başlayırlar. Halbuki psixoloji baxımdan məsələyə daha yaxından baxdıqda, dəyişimin qarşısında duran şeyin həmişə iradə çatışmazlığı olmadığını görürük. Bəzən problem daxilimizdə eyni anda fərqli ehtiyaclara, qorxulara və məqsədlərə sahib tərəflərin mövcud olmasıdır.

Hamiləliyin sonlanması: Tanınmayan bir yasın izində
Cəmiyyətdə itki deyildikdə çox vaxt ağla ölüm gəlir. Bir insanın vəfatı, münasibətin sonlanması və ya həyatımızda konkret yeri olan bir şeyin itirilməsi. Halbuki bəzi itkilər var ki, onlar görünən bir varlığın yoxluğu ilə deyil, gələcəyə dair bir ehtimalın itirilməsi ilə bağlıdır.

Süni intellekt psixoterapiyanı əvəz edə bilərmi?
Son dövrlərdə sosial mediada süni intellektin psixoterapiyanı əvəz edib-edə bilməyəcəyi ilə bağlı müzakirələrə rast gəlməmək demək olar ki, mümkün deyil. Kimisi AI-nin gələcəyin terapevti olacağını düşünür, kimisi isə onun artıq bəzi terapevtlərdən daha faydalı olduğunu iddia edir. Bu yazıda məqsədim nə süni intellektə qarşı çıxmaq, nə də texnologiyanın yaratdığı imkanları kiçiltməkdir. Əksinə, mən də gündəlik həyatımda və işimdə süni intellektdən istifadə edir və onun potensialına inanıram. Amma eyni zamanda düşünürəm ki, bu müzakirələr fonunda psixoterapiyanın nə olduğu ilə bağlı vacib bir qarışıqlıq yaranmağa başlayıb.

Yalnızlıq epidemiyası: İnsanlar niyə heç olmadığı qədər əlaqədə, amma bir o qədər təkdir?
Texnologiyanın inkişafı ilə birlikdə insanlar arasındakı məsafələr heç olmadığı qədər qısalıb. Bu gün dünyanın digər ucundakı biri ilə saniyələr içində əlaqə saxlamaq, yüzlərlə insanın gündəlik həyatını izləmək və istənilən vaxt birinə mesaj yazmaq mümkündür. İlk baxışdan bu qədər əlaqə imkanının insanları bir-birinə daha yaxınlaşdıracağını düşünmək olar. Lakin son illərdə aparılan araşdırmalar bunun əksini göstərir. İnsanlar heç olmadığı qədər bir-biri ilə əlaqədə olsalar da, eyni zamanda özlərini heç olmadığı qədər yalnız hiss edə bilirlər.

Romantik Münasibətlərdə Doğru Bildiyimiz 5 Böyük Yanlış
Hər birimiz filmlərdən, kitablardan və ya sosial mediadan təsirlənərək münasibətlər haqqında bəzi ideallaşdırılmış qəliblər yaradırıq. Lakin real həyatda bu "miflər" sağlam əlaqələrə kömək etmək əvəzinə, onları zədələyir. Gəlin, ən çox inandığımız 5 yanlışa psixoloji pəncərədən baxaq:

Travmadan Sonra “Mən Günahkaram” Düşüncəsi Niyə Yaranır?
Travmatik hadisələrdən sonra bir çox insan yalnız qorxu, kədər və ya qəzəb deyil, həm də güclü günahkarlıq hissi yaşayır. Elmi araşdırmalar göstərir ki, travma ilə əlaqəli günahkarlıq posttravmatik stress pozuntusunun (PTSP) yaranması və davam etməsi ilə əlaqəli olan mühüm amillərdən biridir.

Yeniyetməlik Yaş Dövrü Niyə Keçid Yaş Dövrü Hesab Edilir?
Yeniyetməlik dövrü insan inkişafının ən mühüm mərhələlərindən biridir. Bu dövr uşaqlıqdan yetkinliyə keçid mərhələsi olmaqla fiziki, psixoloji, emosional və sosial sahələrdə əhəmiyyətli dəyişikliklərlə xarakterizə olunur. Məhz bu səbəbdən yeniyetməlik dövrü inkişaf psixologiyasında "keçid yaş dövrü" adlandırılır. Bu mərhələdə baş verən dəyişikliklər yeniyetmənin özünü dərk etməsinə, şəxsiyyətinin formalaşmasına və cəmiyyətdəki rolunun müəyyənləşməsinə təsir göstərir.

Почему мне трудно выражать свои мысли и чувства?
Многие люди сталкиваются с ситуацией, когда они понимают, что думают и чувствуют, но не могут ясно выразить это словами; в разговоре они могут замыкаться, долго подбирать слова или испытывать внутренний «ступор». С точки зрения современной психологии, это не просто коммуникативная трудность, а сложный процесс, связанный с когнитивными, эмоциональными и социальными механизмами.

Bağlanma stili və onların həyatımıza təsiri
Heç düşünmüsünüzmü, niyə bəzi insanlar münasibətdə partnyoruna tez bağlanır və hər an onu itirməkdən qorxur, digərləri isə yaxınlıq yarandıqca özünü geri çəkir və emosional olaraq uzaqlaşır?

Həyat sabit və düz xətt üzrə gedən bir proses deyil
Həyat sabit və düz xətt üzrə irəliləyən bir proses deyil. İnsan zaman-zaman gözlənilməz dəyişikliklər, itkilər, münasibətlərin pozulması və emosional sarsıntılarla qarşılaşır.

Tənqid və Tənqidə Qarşı Reaksiya
Gündəlik həyatda hər birimiz tənqidlə qarşılaşırıq. Bəs niyə bəzi tənqidlər bizi inkişaf etdirir, bəziləri isə daxili dünyamızda çətinliklər yaradır? Psixologiya elmi tənqidi sadəcə bir "rəy" deyil, mürəkkəb bir koqnitiv və emosional proses kimi nəzərdən keçirir.

Qəzəbə Qarşı İmmunitet Formalaşdırılması
“Qəzəbi içində saxlamaq, əlində başqasına atmaq niyyəti ilə isti kömür tutmağa bənzəyir; yanan sən olursan.” – Buddha

Depressiya nədir?
Depressiya fərdin emosional vəziyyəti, düşüncə prosesləri və bioloji tənzimləmə sistemlərinə eyni anda təsir edən kompleks bir psixi sağlamlıq vəziyyətidir. Bu vəziyyət gündəlik dildə tez-tez “kədər” və ya “ruh düşkünlüyü” ilə qarışdırılsa da, klinik baxımdan daha dərin və çoxqatlı mexanizmlərə əsaslanır. Gündəlik dildə “depressiya” kimi qeyd olunan bu klinik vəziyyət, DSM-5 (Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatı) meyarlarına görə Major Depressiv Pozuntu kimi təsnif edilir.

Maddə asılılığında psixoterapiya həqiqətən effektivdirmi?
Maddə asılılığı ilə bağlı ictimaiyyətdə bu cür fikirlər səslənir: “insan əgərhəqiqətən istəsə, istifadəni özü dayandırar”, “sadəcə iradəli olmaq lazımdır” və ya “psixoloji dəstək maddə asılılığında heç bir rol oynamır”. Bu yanaşmalar maddənin beyində yaratdığı təsirlərdən xəbərdar olmayan fərdlər üçün ilk baxışda məntiqli görünsə də, bu cür ifadələr asılılığın neyrobioloji və psixoloji mexanizmlərini nəzərə almır.

Obsesiv-Kompulsiv Pozuntu müalicəsində CBT və ERP yanaşmaları
Obsesiv-Kompulsiv Pozuntu (OKP), zehnə kontrolsuz və istənmədən gələn, narahatlıq yaradan düşüncələr (obsessiyalar) və bu narahatlığı azaltmaq üçün edilən təkrarlanan davranışlar və ya zehni aktlar (kompulsiyalar) ilə xarakterizə olunan bir psixi sağlmalıq vəziyyətidir.

Panik atakla bağlı 5 mif
Panik atak, qəfil başlayan və qısa müddətdə intensivləşən güclü qorxu və ya narahatlıq epizodudur. Bu epizodlar zamanı ürək döyüntüsünün sürətlənməsi, nəfəs darlığı, başgicəllənmə və nəzarəti itirmə hissi kimi simptomlar müşahidə oluna bilər.

Psixoloq, psixiatr, klinik psixoloq və psixoterapevt fərqi: kimə müraciət etməlisiniz?
Psixoloq, psixoterapevt və psixiatr arasındakı fərq nədir? Hansı mütəxəssisə müraciət etməlisiniz? Psixoloqa müraciət etmək kifayətdirmi, yoxsa psixiatra da müraciət etmək lazımdır? Klinik psixoloq və psixoterapevt kimdir? Onlar psixoloqdan nə ilə fərqlənirlər? - Bu suallar psixoloji xidmət sahəsində tez-tez qarışdırılan və düzgün mütəxəssis seçimini çətinləşdirən əsas məqamlardan birini təşkil edir.