Psixologiya üzrə bakalavr təhsilini Türkiyənin Ankara Universitetində tamamlamışdır. Əsasən uşaq və yeniyetmələrdə emosional, davranış və inkişafla bağlı çətinliklərin qiymətləndirilməsi və bu istiqamətdə psixoterapevtik dəstəyin göstərilməsi üzrə çalışır. Bununla yanaşı, yetkinlərlə də təşviş, emosional çətinliklər, adaptasiya və həyatın müxtəlif böhran dövrləri üzrə işləyir, xüsusilə onkoloji xəstəliklə üzləşən şəxslərə və onların yaxınlarına psixoloji dəstək göstərir.
Sevinc Əliyeva Türkiyədə uşaqlarla psixoterapevtik iş üzrə 120 saatlıq "Uşaq Psixoterapiyası Yanaşmaları və Müdaxilə Texnikaları" proqramında iştirak etmiş, uşaq psixoterapiyası, oyun terapiyası və yaşa uyğun
müdaxilə üsulları üzrə nəzəri və praktik hazırlıq keçmişdir.
O, həmçinin Türkiyə Psixo-Onkologiya Dərnəyinin Türkiyədə təşkil
etdiyi 48 saatlıq Psixo-Onkologiya Təlim və Superviziya Proqramını
tamamlamış və onkoloji xəstələrə, eləcə də onların yaxınlarına psixoloji dəstək
istiqamətində çalışır.
Terapevtik fəaliyyətində əsasən Koqnitiv-Davranışçı Terapiya (CBT) yanaşmasına üstünlük verir; uşaq və yeniyetmələrlə işdə davranışçı texnikaları, oyun və art terapiya elementlərini, mindfulness əsaslı müdaxilələri və valideynlərlə işi terapiya prosesinə inteqrasiya edir.
Uşaqlar və böyüklərlə psixoloji qiymətləndirmə aparır, müraciətə uyğun olaraq Denver İnkişaf Testi, MMPI, diqqət və inkişaf testlərindən istifadə edir.
Peşəkar klinik fəaliyyətində təşviş, emosional tənzimləmə çətinlikləri, davranış problemləri, özgüvən və özünəinamla bağlı çətinliklər, eləcə də valideyn–uşaq münasibətlərində yaranan problemlər üzərində fokuslanır.
Onun terapevtik yanaşmasının əsasını təhlükəsiz, mühakiməsiz və güvənə əsaslanan münasibət təşkil edir. Hər bir müraciətçinin fərdi xüsusiyyətlərini, həyat təcrübəsini, ehtiyaclarını və terapiyadan gözləntilərini nəzərə alaraq prosesi fərdiləşdirməyə önəm verir.
İşlədiyi sahələr
Uşaq və yeniyetmələrlə iş ( 4 yaş – 17 yaş)
- Valideyn–uşaq münasibətlərində çətinliklər
- Diqqət əksikliyi və hiperaktivliklə əlaqəli çətinliklər
- Aqqressiv davranış
- Davranış problemləri
- Enurez və enkoprez
- Bağlanma ilə əlaqəli çətinliklər
- Emosiyaları tanıma və ifadə etmə çətinlikləri
- Özgüvən və sosial bacarıqlarla bağlı çətinliklər
- Məktəb və akademik adaptasiya
- Təşviş və qorxular
Yetkinlərlə psixoterapevtik iş
- Təşviş pozuntuları
- Panik pozuntu
- Sosial təşviş
- Spesifik fobiyalar
- Depressiv simptomlar və depressiv pozuntular
- Obsesiv-kompulsiv və əlaqəli pozuntular
- Travma və travma ilə əlaqəli çətinliklər
- Posttravmatik stress pozuntusu
- Psixosomatik simptomlar
- Emosional tənzimləmə çətinlikləri
- Özgüvən və özünəinamla bağlı çətinliklər
- Ünsiyyət və münasibət çətinlikləri
- Yas və itki
- Akademik stress və performansla bağlı çətinliklər
- Perfeksionizm
Psixo-onkoloji dəstək
- Onkoloji diaqnoza emosional adaptasiya
- Müalicə prosesi ilə əlaqəli təşviş və stress
- Xəstəliklə bağlı emosional çətinliklər
- Onkoloji xəstələrin yaxınlarına psixoloji dəstək
- Həyat keyfiyyətinin və psixoloji rifahın dəstəklənməsi
Terapiya metodları
- Koqnitiv-Davranışçı Terapiya (CBT)
- Davranışçı yanaşmalar
- Oyun terapiyası elementləri
- Art terapiya elementləri
- Mindfulness əsaslı texnikalar
- Psixo-onkoloji psixoloji dəstək
İşlədiyi yaş qrupu
Uşaqlar, yeniyetmələr və yetkinlər
Terapiya yanaşması
“Uşaqlarla terapiyada onların duyğularını, davranışlarını və ehtiyaclarını yaş dövrü, ailə münasibətləri və gündəlik mühitlə birlikdə dəyərləndirirəm. Uşağın özünü təhlükəsiz və sərbəst ifadə edə bildiyi bir terapevtik münasibət qurmağa önəm verirəm. Valideynlərlə əməkdaşlığı prosesin vacib hissəsi hesab edir, uşağın ehtiyaclarını daha yaxşı anlamaq və valideyn–uşaq münasibətini gücləndirmək üçün ailəyə uyğun istiqamətləndirmələr təqdim edirəm. Məqsədim yalnız davranışı dəyişmək deyil, onun arxasında duran ehtiyacı anlamaq və həm uşağa, həm də valideynə daha sağlam ünsiyyət və emosional tənzimləmə bacarıqları qazandırmaqdır.”
